Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra rektor əvəzi dos.Yaşar Ömərov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək tarixə nəzər salıb. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ulu Öndər Heydər Əliyevin sayəsində 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Konstitusiyanın qəbul edilməsi Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Beləliklə Azərbaycanın beynəlxalq təşkilatlara üzv olaraq öz müstəqil siyasətini yürütdü.Tədbirdə universitetin professor-müəllim heyətinin məruzələri dinlənilib. Baş müəllimlər Şahmar Həsənov, Hüseyn Budaqov, Zəminə Novruzova, Bəxtiyar Məhərrəmov, Mehriban Tağıyeva, tələbə Əli Məmmədov çıxışlarında konstitusiyanın ölkədə siyasi sabitliyə, ictimai sülhə, hüquqi düşüncəyə əhəmiyyətli təsirindən bəhs ediblər. Xalqımızın hər zaman Ulu Öndər yolunun uğurlu və yüksək bacarıqla davamçısı olan Prezident İlham Əliyevə inamının əbədi və dönməzliyi bir daha vurğulanıb.