Azərbaycan Texnologiya Universitetinin əməkdaş və tələbələri universitetin şəhid tələbəsi Kənan Ömərlinin Göyçay rayonunda yaşayan ailəsini ziyarət ediblərKənan Ömərli 2020-ci ilin 6 oktyabrında şəhid olub.Kənan elə həmin il Azərbaycan Texnologiya Universitetinə qəbul olmuşdu. O, Vətənin dar günündə ön cəbhəni seçir və sentyabrın 29-u cəbhəyə yollanır. Bir çox ərazilərin azad olunmasında iştirak edir. Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ömərli ölümündən sonra "Vətən müharibəsi iştirakçısı", "Ağdamın azad olunması", "Vətən uğrunda" medalları ilə təltif edilib.