Azərbaycan Texnologiya Universitetində 3-4 noyabr tarixlərində keçirilən respublika elmi-praktik konfransının iştirakçılarına sertifikatlar təqdim edilib. Konfransın 8 istiqamət üzrə müəyyənləşən bölmələrində ən maraqlı tezislərin müəllifləri və ən aktiv məruzəçilər sertifikatlarla təltif edilib.Sertifikatları məruzəçilərə bölmələr üzrə sədrlər və həmsədrlər təqdim edib.Qeyd edək ki, 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Müasir elmin aktual çağırışları və nailiyyətləri” adlı respublika elmi-praktik konfransının məcmuələr toplusunda 200-ə yaxın tezis yer alıb.