Azərbaycan Texnologiya Universitetində 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Müasir elmin aktual çağırışları və nailiyyətləri” adlı respublika elmi-praktik konfransının panel iclasları davam edir. Bölmələr dünən plenar iclasın açılışından sonra günün ikinci yarısında öz işinə başlayıb. Bu gün də davam edəcək bölmələr Qida sənayesi, Logistika, Yüngül sənaye, İnformasiya texnologiyaları və kompüter, Metal və materiallar mühəndisliyi, İqtisadiyyat və menecment, Davamlı inkişaf, yaşıl və nanotexnologiyalar, Multikultural təhsildə innovativ yanaşmalar olmaqla 8 istiqamət üzrə müxtəlif auditoriyalarda təşkil olunur.Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dos Yaşar Ömərov, Elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, iqtisad elmlər doktoru Mayıs Gülalıyev, Elmi Tədqiqat Mərkəzinin müdiri Qalibə Məmmədova, Sosial məsələlər və ictimayyətlə əlaqələr üzrə rektor müşaviri Şahmar Həsənov bölmələrdə olub, məruzələri dinləyib, elmi müzakirələrə qatılıblar.Şakir Əliyevin sədrliyi, Məmməd Urkayevin həmsədrliyi ilə təşkil olunmuş Logistika mühəndisliyi bölməsində Könül Həsənova “Müasir şəraitdə material ehtiyatlarının idarə edilməsi” adlı məruzə ilə çıxış edib.Rövşən Hacıyevin sədrliyi, Sakit Verdiyevin həmsədrliyi ilə İnformasiya texnologiyaları və kompüter mühəndisliyi bölməsinin panel iclasında kafedranın əməkdaşı Ülvi Rəfibəyli “Veb səhifələrarası skriptləmə” mövzusunu məruzə edib.Prof.Əhəd Nəbiyevin sədrlik, Mehman İsmayılovun həmsədrlik etdiyi Qida sənayesi mühəndisliyi bölməsində dissertant Azər Babayevin “Polisaxaridlərlə zəngin bitki mənşəli məhsullardan spirt istehsalı texnologiyasının tədqiqi” mövzusunda çıxışı dinlənilib.Metal və materiallar mühəndisliyi bölməsində sədr Namiq Əsgərov, həmsədr Musa Cəfərovdur və auditoriyanın ilk məruzəçisi “Fasiləsiz tökmə-yayma texnologiyasının inkişafının bəzi problemləri” mövzusu ilə dos. Zərdan Səmədov olub.Multikultural təhsildə innovativ yanaşmalar bölməsində isə Lamiyə Bayramovanın “Multikultural təhsildə innovativ yanaşma”ya həsr olunan çıxışı dinlənilib. Bölmənin sədri Fuad Yusifov, həmsədri Şahmar Həsənovdur.Fizuli Məmmədovun sədrlik, Rafayıl Şükürovun həmsədrlik etdiyi İqtisadiyyat və menecment bölməsində dos.Maarif Qarayevin, Cahangir Hacıyevin sədr, Tofiq Mirzəyevin həmsədrlik etdiyi Yüngül sənaye mühəndisliyi, eləcə də Elşad Məmmədovun sədr, Cəmil Səfərovun həmsədrlik etdiyi Davamlı inkişaf, yaşıl və nanotexnologiyalar bölmələrində isə digər çıxışçıların məruzələri dinlənilib.Hər bölmə üzrə çıxışlar dinlənildikdən sonra məruzəçiyə suallar verilib, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.Qeyd edək ki, bölmələr öz işini bu gün də davam etdirəcək. Konfransın 16 ali təhsil və elmi müəssisə tədqiqatçılarının materiallarının yer aldığı məcmuələr toplusuna 200-ə yaxın tezis daxil edilib.