Azərbaycan Texnologiya Universitetində 8 noyabr - Zəfər Gününə həsr edilmiş spartakiadanın açılış mərasimi keçirilib Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, bir sıra idman məktəblərinin rəsmiləri də iştirak edib.Təntənəli mərasim tələbə idmançıların müşayiəti ilə şəhidlərin şəkillərinin zala gətirilməsilə açıq elan edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin rəsmi hissəsində rektor əvəzi, dos. Yaşar Ömərov iştirakçıları salamlayaraq çıxışında Azərbaycanın şanlı qələbə tarixindən – Zəfər Günündən bəhs edib. Sonra ölkəmizdə idmanın inkişafına dövlət qayğısından danışıb, yarışlarda iştirak edən bütün tələbələrə uğurlar arzulayıb.Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 və 2 nömrəli Gəncə Şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin direktorları Ramil Qasımov və Akif Həsənov çıxış ediblər.Açılış mərasimi Gəncə Dövlət Filarmoniyasının solistlərininin, rəqs qruplarının ifasında bədii hissə ilə davam edib.Voleybol üzrə keçirilən ilk görüşdə Qida mühəndisliyi fakültəsinin və İqtisadiyyat və idarəetmə fakültəsinin komandaları qarşılaşıblar.Xatırladaq ki, fakültələr arası spartakiada şahmat, dama, voleybol, basketbol, futbol, stolüstü tennis olmaqla 6 idman növü üzrə keçirilir.