Azərbaycan Texnologiya Universitetində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş rəsm müsabiqəsinə təqdim olunan əl işlərinə baxış keçirilib.“Zəfərə imza atdıq!” mövzusunda keçirilən müsabiqə təqdim olunan bir-birindən maraqlı şəkillər bu gün ərzində universitetin həyətində sərgilənib.Münsiflər heyəti yaxın günlərdə müsabiqənin qaliblərini elan edəcək.