Elmi Şuranın sədri, rektor əvəzi dos.Yaşar Ömərov iclası açıq elan edərək üzvləri və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.Qida mühəndisliyi fakültəsinin tədris, elmi-tədqiqat və nizam-intizam vəziyyəti ilə bağlı elmi işlər üzrə prorektor əvəzi dos. Mayıs Gülalıyev məruzə edib. Fakültədə nəzərə çarpan nöqsanlar qeyd edilib. Çatışmazlıqların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb, tələblər irəli sürülüb.İclasda müxtəlif komissiyaların yaradılması, Tədris Metodiki Şuranın tərkibinin yenidən formalaşdırılması, doktorantura və dissertanturaya qəbulun nəticələri və s. kimi məsələlərə də baxılaraq müvafiq qərarlar qəbul edilib.İclasın sonunda bir qrup professor-müəllim heyəti yubileyləri münasibəti ilə təltif edilib.