Azərbaycan Texnologiya Universiteti silsilə təlimlərə başlayıb. Avropa Komissiyası tərəfindən maliyyələşən və Bakı Biznes Universitetinin də koordinatoru olduğu ERASMUS+EQAC layihəsi çərçivəsində baş tutan silsilə təlimlərdə öncədən pilot layihə olaraq seçilən komissiya üzvləri və gənc müəllimlər iştirak edirlər. Təlimlərdə Keyfiyyətin təminatı sisteminin qurulması üçün vacib elementlərdən biri olan sillabusların, fənn proqramlarının, kurrikulumun Avropa Standartları və Təlimatlarına uyğun olaraq hazırlanması, qiymətləndirmə mexanizminin qurulması və həmin standartların monitorinqinin aparılması müzakirə olunur. Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Avropa ölkələrində təlimlərdə iştirak edərək qazandığı bilikləri UTECA əməkdaşları ilə bölüşür.