ABŞ Dövlət Departamentinin Regional proqram rəhbəri Azərbaycan Texnologiya Universitetinə səfər edib
ABŞ Dövlət Departamentinin Regional İngilis dili proqramı rəhbəri Lottie Baker Azərbaycan Texnologiya Universitetinə səfər edibSəfərin əsas məqsədi ölkəmizdəki ali təhsil müəssisələrində ingilis dilinin tədrisinin təkmilləşdirilməsi və bundan irəli gələn məsələlərin müzakirə edilməsi olub. Lottie Baker, ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə müşaviri Salman Hacı, İngilis dili proqramları üzrə koordinatoru Səbinə Abdullayeva və Təhsil üzrə mütəxəssis Raminə Mürşüdovadan ibarət nümayəndə heyətini qəbul edən Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov universitetin fakültələri, kafedra və ixtisasları, eyni zamanda universitetdə ingilis dilinin tədrisinin mövcud vəziyyəti haqqında məlumat verib. Təklif olunan proqramların ingilis dili müəllimlərinin bilik və bacarıqlarının artırılmasında, eyni zamanda, pedaqoji səriştələrinin təkmilləşdirilməsi, yeni və müasir təlim metodlarına yiyələnməsində böyük rolu olacağını vurğulayıb.Xanım Lottie Baker də öz növbəsində Regional İngilis dili Proqramı çərçivəsində təklif olunan proqramlar haqqında geniş məlumat verib və proqramlardan maksimum şəkildə yararlanmaq üçün müəllimlərin ehtiyaclarının müəyyənləşdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.Nümayəndə heyəti daha sonra universitetin Xarici dillər kafedrasının ingilis dili müəllimləri ilə görüş keçirib. Görüşdə müəllimlərə ingilis dilinin tədrisi üçün müasir resurslarla bağlı məlumat verilib və onlarla pedaqoji səriştələrinin təkmilləşdirilməsi barədə geniş müzakirələr aparılıb.