10-21 may tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə basketbol üzrə Ali təhsil müəssisələrinin tələbələri arasında ölkə birinciliyi keçirilir. Bakı Ali Neft Məktəbində reallaşan yarışda 24 oğlan və 5 qız komandası iştirak edir. Turnirdə UTECA-nın oğlanlardan ibarət yığma komandası iştirak edir. Komandamız ilk oyunda Xəzər Universitetinin komandası ilə görüş keçirib və 52:37 hesabı ilə qalib gəlib. Tələbələrimiz 2-ci oyunda Azərbaycan Dövlət Pedoqoji Universitetinin komandası ilə qarşılaşıb və 54:11 hesabı ilə qələbə qazanıblar. Növbəti oyununda UTECA komandası 74:52 hesabı ilə qalib gəlib və növbəti 2 oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqəni təmin edib.Yarışların final mərhələsi 16 may tarixindən etibarən start götürəcək. Yarışda komandamızı Texnologiya Universitetində bədən tərbiyəsinin, xüsusən də basketbol idman növünün inkişafında müstəsna xidmətləri olan 1-ci dərəcəli basketbolçu, respublika çempionu, UTECA-nın Aparat rəhbəri Bəylər Mirzəzadə, baş məşqçi Elçin Süleymanov və məşqçi Fariz Əliyev təmsil edirlər. Qeyd edək ki, 17 may, saat 11:00-da Bakıda "FOUR SEASON" otelində Azərbaycan Basketbol Federasiyasının "Yeni Nəfəs.Yeni Başlanğıc!" adlı tədbiri keçiriləcək. Federasiyanın dəvəti əsasında UTECA-nın İdman Klubunun direktoru, əməkdar məşqçi Elçin Süleymanovun və Aparat rəhbəri Bəylər Mirzəzadənin tədbirdə iştirakı nəzərdə tutulub.