06.05.2022 tarixdə Azərbaycan Texnologiya Universitetinin kollektivi Gəncədə şəhər miqyaslı ağacəkmə aksiyasında iştirak edib Tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunub. Aksiya Gəncə Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib. Heydər Əliyev Park-Kompleksinin ərazisində təşkil olunan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiyadan əvvəl ağacların əkiləcəyi ərazidə abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərilib.