Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə DQDİK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, eləcə də şöbənin əməkdaşları, Universitetin tədris ve sənaye üzrə rektor müşaviri dos. Aqil Eyvazov, tədris şöbəsinin müdiri Babək Həsənov, tələbə və müəllim heyəti iştirak ediblər.Tədbiri giriş sözü ilə UTECA-nın rektor müşaviri dos.Aqil Eyvazov açıb. O, UTECA-nın rektoru, professor Akif Süleymanovun tədbirin həsr olunduğu mövzuyla bağlı fikirlərini çatdırıb. Bildirib ki, rektor bu kimi tədbirlərə həssas yanaşır: “Universitet rəhbərliyi bu tədbirlərə əsasən gənclərin cəlb edilməsini yüksək qiymətləndirir. Çünki, məhz gənclər radikalların təbliğatının qurbanı ola biləcək daha həssas qrupa daxildirlər və gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin keçirilməsi mütləqdir” – deyə A.Eyvazov qeyd edib.Daha sonra DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov çıxış edib. O dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü bir zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlığın yüksək səviyyədə olmasını qeyd edib, insanların öz dini etiqadlarını azad şəkildə gerçəkləşdirməsi, dini qurumların fəaliyyətində problemlərin olmamasını, qədim məscid və digər ibadət evlərinin əsaslı bərpa edilərək yenilərinin inşasını, din xadimlərinə diqqət və qayğının göstərilməsini Azərbaycanın artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrildiyinin göstəricisi kimi səciyyələndirib.Daha sonra çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev qeyd edib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır. Sonda tədbir iştirakçılarına DQİDK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” filmi nümayiş etdirilib.