Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir Əsrlərin məsamələrindən süzülüb gələn Azərbaycan dili bu günkü zənginliyinə qovuşana kimi uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna aiddir. Oğuz qoluna Azərbaycan dili, Türkiyə türkcəsi, Türkmən dili və Qaqauz dili daxildir. Azərbaycan dili eyni zamanda Azərbaycanın, Cənubi Azərbaycanın (türk dili) və Dağıstan Respublikasının rəsmi dövlət dilidir. Dilimiz, Türk dilləri ailəsindən gəlməsinə baxmayaraq Azərbaycan adlı coğrafi ərazidə formalaşmış, buradakı xalqların həyat tərzindən, adət ənənələrindən qidalanmışdır. Azərbaycan dilində təkcə Azərbaycan türkləri deyil, eyni zamanda bu coğrafiyada yaşayan talışılar, ləzgilər, avarlar, tatlar kimi müxtəlif etnik qruplar da danışır. Azərbaycan dili burada yaşayan bütün xalqların ortaq dəyəridir. Ona görədir ki, dilimizin adı türk dili kimi yox məhz Azərbaycan dili kimi təsdiq edilmişdir. 1995-ci il noyabr ayının 12-də Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi və Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsdiq edildi. Həmin dövrdə rəsmi dövlət dilinin adının türk dili kimi yazılması haqqında fikirlər var idi. Bu tezisi müadifə edənlər dilimizin türk dilləri ailəsinə məsub olduğu üçün belə deyirdilər. O nöqteyi nəzərdən baxılarsa fikir doğru idi. Amma günümüzdən geriyə, o günlərə doğru boylanarkən bu fikrin kökündə milliyyətçilik ideyalarının dayandığı aydın görünür. Milliyyətçilik bizim kimi çoxmillətli bir ölkədə müxtəlif problemlərə və qısqanclıqlara səbəb ola bilər. Azərbaycan bu coğrafi ərazinin adıdır, burada yaşayan bütün xalqlar isə irqindən, dilindən asılı olmayaraq azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Həmin ərəfələrdə ümummili lider Heydər Əliyev Azərbaycan ziyalılarının fikirlərini dinləyir, onlarla fikir müzakirələri aparırdı. Dil məsələsində əsas fikirlər dövlət dilinin Azərbaycan dili olması istiqamətində idi. Ulu öndər Heydər Əliyev də bu fikri təsdiqlədi və qeyd etdi ki Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələr türk dilləri ailəsinə aid olmasına baxmayaraq, onların dövlət dili Özbək dili, Qazax dili kimi qeyd edilir. Hər bir dövlət öz adıyla tanınmalıdır, onun dili də bu adla uyğunluq təşkil etməlidir. Bir millətin millət kimi formalaşmasında onun dilinin böyük önəmi var. Mərhum prezident Heydər Əliyevin bu qərarından sonra Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi qəbul edildi. Bundan sonra bəzi separatçı meylli cərəyanların artıq belə bir bəhanəsi qalmadı. Bunu qərbin böyük dövlətlərinin təcrübəsində də görə bilərik. İngilis dili german dillər ailəsinə mənsub olmasına baxmayaraq dilin adı german dili deyil ingilis dilidir. Fransa, İtaliya, İspaniya kimi ölkələri də bu qəbildən hesab etmək olar. Onların elə bir dərdləri yoxdur. Bu gün millətlər arasında, ölkələr arasında rəqabətdə geri qalmamaq üçün, daha çox tanınmaq, daha çox sayılmaq, seçilmək üçün elmlə, təhsillə rəqabət aparmaq lazımdır. Elmi-texniki tərəqqinin sirlərinə nə qədər dərindən yiyələnsək, dünya dəyərlərinə nə qədər çox sahib olsaq bir o qədər daha rahat yaşayarıq, daha sürətli inkişaf edərik. Çoxmillətlilikdən isə bir zənginlik kimi istifadə edərik. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideyası da məhz bunun üçün idi. Bu gün multikulturalizm deyəndə, tolerantlıq deyəndə Azərbaycan yada düşür. Bütün bunları nəzərə alaraq bir daha deyə bilərik ki Azərbaycan dilinin Azərbaycan Respublikasının rəsmi dövlət dili kimi qəbul edilməsi uğurlu bir addım idi.

 

dos.Gülsurə Mehdiyeva

Azərbaycan Texnologiya Universitetinin

Magistratura və doktorantura şöbəsinin müdir müavini