Görüş BMT-nin İnkişaf Proqramının (UNDP) “Azərbaycanın Regionlarında Davamlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində baş tutub.Tədbirdə Gəncə Turizm İnformasiya Mərkəzinin direktoru Zaur Bayramov və əməkdaşları, UNDP-nin eksperti Don Teylor, UTECA rektorunun tədris və sənaye üzrə müşaviri dos.Aqil Eyvazov, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dos.Yusif Hümbətov və professor-müəllim heyəti, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ülviyyə Məmmədova iştirak ediblər.Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Turizm İnformasiya Mərkəzi arasında davamlı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Gələcəkdə müxtəlif təlim və seminarların təşkili, layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.Daha sonra turizmin regionların sosial-iqtisadi inkişafında rolu, turizm növləri üzrə yeni layihələrin hazırlanması və həyata keçirilməsinə dəstək, yeni turizm məhsullarının yaradılması, inkişaf etdirilməsi və bu istiqamətdə reallaşa biləcək fəaliyyətlərin icrasına dair müzakirələr aparılıb.Eyni zamanda turizm sahəsində kadr hazırlığı, müvafiq ixtisası bitirən tələbələrin işlə təmin olunması mexanizmləri, məhsuldar əmək yarmarkalarının təşkili, region üzrə turizmlə bağlı mövcud problemlər də müzakirə predmeti olub.Qeyd edək ki, turizm sektorunun regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla icrasına dəstək vermək məqsədilə Dövlət Turizm Agentliyi Gəncə və Naftalan şəhərlərini, o cümlədən Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarını əhatə edən Qərb regionu üzrə “Destinasiya inkişafı və idarəetmə” planının hazırlanmasına başlayıb. Turizm İnformasiya Mərkəzi sənədin hazırlığı ilə bağlı görüşlər həyata keçirərək mütəxəssislərin təklif və tövsiyyələrindən yararlanır.