Seminarlarda III kurs tələbəsi Şəhriyar Tağıyev Kompyuter mühəndisliyi və telekommunikasiya kafedrasının baş müəllimi Rasimə Quliyevanın rəhbərliyi ilə “Command injection” mövzusunda, I kurs tələbələri Babək Məmmədli və Aysel Vahidova Ümumi və tətbiqi riyaziyyat kafedrasının dossenti Yusub Yusubalıyevin rəhbərliyi ilə “Pandemiya dövründə bakteriaların artma sürətinin təyini” və “Əhalinin say artımının təyini” mövzuları ilə çıxış ediblər.Məruzələrdə kiber təhlükəsizliyin inkişafı, beynəlxalq təcrübədə bu sahənin əhəmiyyəti, günümüzdə aktual olan pandemiya şəraitində virusların, bakteriaların artma tempindən və əhalinin artımından riyazi hesablamalarla bəhs edilib.Tədbirdə rektorun elm və xarici əlaqələr üzrə müşaviri dos.Mayıs Gülalıyev, Elmi Tədqiqat Mərkəzinin direktoru dos.Qalibə Məmmədova, elmi katib dos.Mətanət Əhmədova, ATİ fakültəsinin dekanı dos.Rövşən Hacıyev, tədris işləri üzrə dekan müavini Ramil Vəliyev, elmi işlər üzrə dekan müavini dos.Elmir Cəfərov, TEC sədri Aysel Məmmədli, fakültə TEC sədri Arzu Əsgərov, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.