Azərbaycan Texnologiya Universiteti Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Yerli Texnoloji Startapların İnkişafına Dəstək" layihəsində tərəfdaş kimi çıxış edir. Adı çəkilən layihə çərçivəsində onlayn görüş keçirilib. Görüş “STW” şirkətinin konsultantı Stephen Omullane tərəfindən idarə edilib və Strateji Planların hazırlanması, mentor hazırlığı üzrə potensialın gücləndirilməsi təlimlərinin keçirilməsi və digər məsələlər müzakirə edilib.Görüşdə Stephen Omullane universitetdə innovasiya ekosisteminin (həmçinin inkubasiya/akselerasiya proqramlarının təşkili və təlim ehtiyaclarının təyini) qurulması üçün universitetlər tərəfindən hazırlanmış fəaliyyət strategiyasının təkmilləşdirilməsi ilə bağlı rəy və təkliflərini verib.Görüşdə Azərbaycan Texnologiya Universitetini Elm və xarici əlaqələr üzrə müşavir dos. Mayıs Gülalıyevin rəhbərlik etdiyi işçi qrupu və KOICA WFK NIPA proqramı çərçivəsində universitetə cəlb edilmiş koreyalı ekspert Chang Yull Byun təmsil edib.