Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən elmi konfrans "Elm və texnologiya: dövrümüzün yeni çağırışları” mövzusuna həsr olunub. Konfransda tədris işləri üzrə prorektor vəzifəsini icra edən dos. Yaşar Ömərov, rektorun elm və xarici əlaqələr üzrə müşavir dos. Mayıs Gülalıyev, Elm şöbəsinin müdiri dos. Qalibə Məmmədova, elmi katib dos. Mətanət Əhmədova, Qida mühəndisliyi fakültəsinin dekanı dos. Mehman İsmayılov, Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyev, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının müdiri dos. Yusif Hümbətov, hər iki kafedranın professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli və Qida mühəndisliyi fakültəsinin tələbələri iştirak ediblər.Çıxışlarda tələbələrin elmi seminarlarda fəallığının vacibliyindən, məqalələrin çap edilməsinin əhəmiyyətindən danışılıb, konfransın fəaliyyətinə uğurlar arzu edilib. Konfransda 4-cü kurs tələbələri - Əlfəddin Cabbarov “Turizm sənayesinin inkişafında startap ideyalarının tətbiqi”, Zərifə Əlixanova “Konservləşdirmə üsulları və ət konservlərinin keyfiyyət göstəriciləri”, Hüseyn Kərimov “Kapsul otellər”, Aysun Teymurova “Yarma və onun insan orqanizminə faydaları”, Aysel Mustafalı “Tütün məmulatlarının kimyəvi tərkibi və orqanizmə fizioloji təsiri”, 3-cü kurs tələbələri - Arzu Məmmədli “Elektron və plastik tullantıların ekoloji problemləri”, Peyman Məmmədzadə “İşğaldan azad olunmuş rayonlarda üzümçülüyün və şərabçılığın yenidən bərpa olunması perspektivləri”, Ülkər Qəmbərova “Azərbaycanın relikt və endemik bitki örtüyü” başlıqlı məruzələrlə çıxış ediblər. Sonda məruzələrlə çıxış edən tələbələrə sertifikatlar verilib.