Elm və xarici əlaqələr üzrə müşavir Mayıs Gülalıyev Avtomatika, Telekommunikasiya və İnformatika, eləcə də Qida mühəndisliyi fakültələrinin Tələbə Elmi Cəmiyyəti (TEC) sədrləri, onların müavinləri, elmi işlər üzrə dekan müavinləri və hər iki fakültənin TEC üzvləri ilə görüş keçirib.Universitetin Oxu zalında baş tutan görüşün əsas məqsədi növbəti ay keçiriləcək tələbə elmi konfransının universitetimizdə təşkili ilə bağlı proqramın müzakirə edilməsi olub.Görüşdə gündəlik məsələlər müzakirə edilib, baş tutacaq tələbə elmi konfransı ilə bağlı tövsiyələr verilib, qarşıya qoyulan məqsədlər izah edilib. Müşavir tezis və məqalələrin yazılması qaydalarını izah edərək yaxın günlərdə gənc müəllim və tələbələr üçün tezis və məqalələrin necə yazılmasına dair ayrıca təlim keçəcəyini bildirib.Daha sonra fakültə TEC sədrlərinin seminarların gedişatı, dərnəklərin fəaliyyəti haqqında məruzələri dinlənilib, tövsiyə və məsləhətlər verilib. Sonda Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli protokollar barədə hesabat verib.