Azərbaycanın uğurlu siyasəti öz bəhrəsini verir Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub. Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri NikolP aşinyan arasında görüş keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin müsbət qiymətləndirdiyi bu görüşdə, Azərbaycan və Ermənistan liderləri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar. Sülh sazişinə ərazi bütövlüyünün qarşılıqlı tanınması və Ermənistanın ərazi iddialarından imtina etməsi şərtləri də daxildir. Cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi nəzərdə tutulur. Cənubi Qafqaz regionu həm geosiyasi, həm də geostrateji baxımdan önəmli regionlardan biri olduğundan, Aİ üçün də mühüm əhəmiyyətə malikdir. Cənubi Qafqazdakı respublikaların ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılır və regionda sülh və təhlükəsizlik şəraitinin təmin edilməsi mütləq şərt hesab edilir. (Aİ) Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra bildirib: “Cənubi Qafqazda sabitlik, təhlükəsizlik, rifah Avropa İttifaqı üçün son dərəcə mühümdür. Bu gecə böyük irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa və mümkün sülh sazişini hazırlamağa, bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik”. Həmçinin iki ölkə arasında nəqliyyat və kommunikasiyaların, o cümlədən həm dəmir yolları, həm də avtomobil yollarının açılmasının əhəmiyyəti qeyd edilib. Aİ-nin nəqliyyat bağlantı infrastrukturunun inkişafını dəstəkləməyə hazır olduğu bir daha bəyan edilib.Azərbaycanın xarici siyasətinin əsas aspektlərindən biri təhlükəsizlikdir. Azərbaycan hər zaman regional əməkdaşlıq və sabit regional təhlükəsizliyin təmininə çalışır. Ölkəmizin gündən-günə dünyada artan nüfuzu, Cənab Prezidentin region üçün verdiyi töhfələr mövqelərimizi daha da gücləndirir. Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu siyasət həm ölkəmizdə həm də beynəlxalq arenada öz bəhrəsini verir.
Kəmalə Nəsirova
Azərbaycan Texnologiya Universitetinin
Magistratura və doktorantura şöbəsinin inspektoru