06 aprel 2022-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Univeristetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetinə dəyirmi masa keçirilib. Tədris işləri üzrə prorektor Yaşar Ömərovun iştirakı ilə keçirilən tədbirdə layihə çərçivəsində görülmüş işlərin nəticələri və növbəti mərhələdə icrası planlaşdırılan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati məsələlər, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri, eyni zamanda layihə çərçivəsində müvafiq ekspertlər tərəfindən rektorlar konfransına dair hazırlanmış nizamnamənin ilkin variantı ilə bağlı geniş fikir mübadiləsi aparılıb, layihənin fəaliyyət planına uyğun müvafiq tapşırıqlar verilib, təkliflər irəli sürülüb.Qeyd edək ki, bu layihənin məqsədi rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirmək və yerli universitetlərdə həyata keçirilən tədrisin və elmin beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olmaqdır.