Azərbaycan Texnologiya Universitetində (UTECA) müəllimlər üçün Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi (CRENG) layihəsi ilə bağlı məlumat sessiyası təşkil olunub. UTECA-nın tədris işləri üzrə prorektoru Vüqar İsmayılov bildirib ki, CRENG univesitetin iştirakçısı olduğu beynəlxalq layihələr içərisində bir çox üstünlükləri ilə fərqlənir. Belə ki, bu layihə universitetin mövcud iki ixtisası ilə birbaşa bağlı olduğundan bu sahə üzrə kadr hazırlığı işinin təşkilinə böyük təkan verəbilər.Daha sonra universitetin Elm və xarici əlaqələr mərkəzinin mütəxəssisi, CRENG-in UTECA üzrə koordinatoru Ülviyyə Məmmədova layihənin məqsədi, komponentləri və iştirak imkanları barədə ətraflı məlumat verib. O, qeyd edib ki, artıq layihədə UTECA-nın müəllimləri və inzibati işçilərindən təşkil olunmuş bir komanda iştirak edir. Buna baxmayaraq arzu edən digər əməkdaşlar da layihədə bu və ya başqa formada çıxış etmək imkanlarından yararlana bilərlər. Ülviyyə Məmmədova həmçinin layihəyə qoşulmaq istəyən iştirakçıların hansı meyarlar üzrə seçilməsi, görüləcək işlərin proqram üzrə ardıcıllığı barədə də məlumat verib, müəllimlərin suallarını cavablandırıb.