Azərbaycan siyasəti modern çağırışlara cavab verir Günümüzdə inkişaf etmiş ölkələrin keçdiyi uğurlu siyasi tarixinə nəzər salsaq həmin ölkələrdə aparılan düzgün islahatların, inkişaf yönümlü siyasətin, eləcə də aparılan arasıkəsilməz quruculuq işlərinin olduğunun şahidi olarıq. Azərbaycan xalqının bugünkü banisi ulu öndər Heydər Əliyevin layiqli davamçısı, siyasi lider İlham Əliyevdir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikasının nüfuzunun ümumbəşəri sferada artmasının əsas səbəblərindən biri də cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların milli maraqlara və siyasətin modern çağırışlarına cavab verməsinin nəticəsidir. İlham Əliyev Heydər Əliyevin siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə yönümlü güclü dövlət konsepsiyasını ilbəil uğurla reallaşdırmışdır və parlaq qələbələrə imza atmışdır.  Milli iqtisadiyyatımızın son illərdə dünyada rekord səviyyədə artmasıyla nəinki neft sektorunda hətta qeyri-neft sektorunda da davamlı gəlirlər əldə etmiş və ölkəmiz etibarlı tərəfdaş və islahatçı adını qazanmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azadlığı, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi adekvat siyasət nəticəsində Vətən müharibəsində əldə edilən Zəfər tariximizin ən şanlı qələbəsinə çevrildi.  Digər tərəfdən Azərbaycan xalqının sosial rifahının təminatı həmişə Prezident İlham Əliyevin uğurlu sosial-iqsitadi siyasətinin mərkəzində dayanır. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır ” -deyə bəyan edən Prezident İlham Əliyevin əsas prinsipi ölkəsində hər bir vətəndaşın yaxşı yaşaması olmuşdur. Bunun üçün də Prezidentimiz daim sosial sahəyə xüsusi qayğı göstərmiş, bu sahədə sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsinə və sosial təminat sisteminin dəfələrlə artmasına nail olmuşdur. Buna misal olaraq vətəndaş müharibəsi veteranlarına, əlillərə evlərin verilməsini, işsizlərin dövlət tərəfindən yaradılan xüsusi qurumlar tərəfindən işlə təmin edilməsini, son illərdə əhaliyə verilən pensiya, təqaüdlərin, sosial ödənişlərin və maaşların nəzərə çarpacaq dərəcədə artmasını misal göstərə bilərik. Habelə, sosial təminat sistemində humanist yanaşmalara əsaslanan islahatlar da aparılmışdır. Bunlardan biri də sağlamlıq imkanları məhdud olan uşaqların həm də ailə başçısını itirmiş uşaqlara görə verilən müavinətdən yararlana bilməsidir. 2020-ci ilin əvvəlindən müaviq kateqoriyadan olan uşaqlara ailə başçısını itirməsinə görə pensiyanı sağlamlıq imkanlarının məhdudluğuna görə müavinətlə birgə  ala bilmək hüququ verilib. Günümüzdə ölkədə həyata keçirilən ən yaxşı islahatlardan biri də gəncləşmə siyasətidir. Hakimiyyətin ön cərgəsinə artıq savadlı, innovativ gənclər gətirilir. Son illər sosial-siyasi sferada olan dəyişiklər onu deməyə əsas verir ki, hakimiyyət innovativ düşüncəli kadrların, gənclərin əsas vəzifələrə təyin olunmasıyla idarəçiliyin daha səmərəli təşkilinə nail olub. Gənc kadrların hazırlanmasıyla bağlı həyata keçirilən islahatlarda Heydər Əliyev fondunun rolu danılmazdır. Dövlət başçımız həmçinin  bildirib ki, yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkənin uğurlu inkişafına təsir göstərir. Bu gün Azərbaycanda hər bir gəncin imkanlarını reallaşdırması üçün geniş imkanlar açılır və onlar stimullaşdırılır. Hazırda gənclərin öz lahiyələrini reallaşdırması üçün istər Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, istər başqa dövlət qurumları və Gənclər Fondu dəstək göstərir. Dövlət qurumları nəinki gənclər təşkilatlarının, o cümlədən fərdi gənclərin də layihələrinin maliyyələşməsinə və reallaşmasına yardım edir. Gəncləşmə siyasətinin uğurlu nəticəsi olaraq onu da göstərə bilərik ki, əvvəllər cəmiyyət yaşlı müəllim, yaşlı həkim axtarışında idisə hazırda bunun əksi olaraq gənc və innovativ müəllim, cavan və savadlı həkim axtarışındadır. Bunları nəzərə alsaq deyə bilərik ki, həqiqətən də Prezidentimizin gəncləşmə siyasəti uğurla həyata keçir. 

 

Nilufər Orucova

Azərbaycan Texnologiya Universitetinin

Ümumi və tətbiqi fizika kafedrasının müəllimi