Təlimçi qismində Azərbaycan Texnologiya Universitetinin elm və xarici əlaqələr üzrə müşaviri dosent Mayıs Gülalıyev “Elmi məqalə necə yazılmalıdır?” adlı məruzə ilə çıxış edib. Microsoft Teams platforması vasitəsilə keçirilən seminarda “Elmi məqalələrə zərurət varmı?” sualı ilə mövzuya başlayan M.Gülalıyev elmi məqalələrə qoyulan tələblər, elmi məqalələrin yazılması alqoritmi, elmi məqalələrin dərc edilmək üçün yönləndirilməsi məsələlərini geniş şəkildə izah edib. 70-dən çox magistr və doktorantın iştirak etdiyi seminar zamanı mövzuyla bağlı gənc tədqiqatçıları maraqlandıran suallar da cavablandırılıb.