Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Avropa Komissiyası tərəfindən maliyyələşən və Bakı Biznes Universitetinin də koordinatoru olduğu Erasmus Plus EQAC layihəsinin İsveçdə baş tutan növbəti beynəxalq təlimində iştirak edirlər.Stokholmda keçirilən təlimdə UTECA-nı universitetin tədris işləri üzrəprorektoru Dos.Vüqar İsmayılov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Asimanİlyasov təmsil edir.Çili, Argentina, Yaponiya və Çindəndə əməkdaşların qatıldığı təlimdə Universitetlərdə keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi, CDIO, ali təhsil məkanında dayanıqlı inkişafın yaradılması, tələbə mərkəzli təhsil və biliyin yoxlanılması sisteminin qurulması barədə avropalı təhsil ekspertləri ilə geniş müzakirələr aparılır. Təlimin sonunda iştirakçılar beynəxalq əhəmiyyətli sertifikatla təltif olunacaqlar.