Azərbaycan Texnologiya Universiteti (UTECA) 10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsilvə Karyera sərgilərində iştirak edib. Sərginin Texnologiya Universiteti üçün ayrılmış stendində UTECA Texnoparkının məhsulları sərgilənib. Onların arasında elmi əsərlər, patentlər, fəxri mükafatlar, gön-dəri, xalçaçılıq, tikiş məhsulları, şərab və balzamlar və s. məmulatlarolub. UTECA-nın nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi və proseslərin avtomaşdırılması ixtisaslarının tələbələri Fərid Məhərrəmov, Tofiq MəmmədovunUTECA1 layihəsi isə sərgi iştirakçılarını tez-tez universitetin stendi ətrafına toplayıb. Daha sərfəli qiymətə və əlverişli daşınmaya, ətraf mühitin mühafizəsinə hesablanmış hibrid avtomobil prototipi ilə daha çox avropalı nümayəndələr maraqlanıblar. Onlar Fəridlə Tofiqin tədimatını dinlədikdən sonraonlara bəzi məsləhətlər verib, əməkdaşlıq təklifi ediblər.