44 günlük müharibə nəticəsində Azərbaycanın azad olunmuş rayonlarında Erməni vandalizmi əyani şəkildə üzə çıxdı. Beynəlxalq nümayəndələrin işğaldan azad olunmuş bölgələrə səyahətinin dünya mediasında və sosial şəbəkələrdə nümayişi dünya ictimayətinə real vəziyyəti bütün çılpaqlığı ilə catdırmış oldu. Erməni vandalizmi üzə çıxdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dağıdılmış, sökülüb-daşınmış evləri, məbədləri, məktəbləri, incəsənət binalarini göstərərək demişdi “Elə bil bu yerlərdən vəhşi qəbilə keçib”. Erməni vəhşiliyinin mənəviyyatı üzə çıxdı. Onların dini məbədlərə mənfi münasibəti məlum oldu. Məscidlərimizdə donuz saxlamaları, alban məbədlərini saxtakarlıqla erməni kilsələririnə çevirmək, yalançı mədəyiyyət mənbələrini yaratmaq cəhdləri bunu sübut edən faktların yalnız bir qismidir. Azərbaycan Prezidentinin fəal diplomatik fəaliyyəti azad olunmuş torpaqlarımızın reallığını dünyaya çatdırdı və sübut etdi ki, Azərbaycan xalqı öz doğma torpaqlarına sadiq, torpaq uğrunda qurbanlar verməyə hazır xalqdır. Vətən müharibəsi təkcə işğal olunmuş torpaqların qayıtması ilə bitmədi, xalqın milli ruhu qaytarıldı. Bütün bunları bizə yaşadan isə ümummilli lider Heydər Əliyev siyasi irsinin davamçısı, xalqımızın əziz Prezidenti İlham Əliyev cənabları olmuşdur. Var olsun müzəfər Ali Baş Komandan, xalqın sevimli Prezidenti cənab İlham Heydər oğlu Əliyev! Uca yaradan Azərbaycanımızı qorusun və xalqımızı xöşbəxt buyursun!
Tofiq Mirzəyev
Azərbaycan Texnologiya Universitetinin
Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri