“Xızı-Abşeron” Külək Elektrik Stansiyası, ekoloji təmiz bərpaolunan enerji mənbəyi olmaqla, həqiqətən Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Cnab prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və hazıda qüvvətli, qüdrəti, müzəffər ordusu olan və xalqla dövlət arasında yenilməz bağları olan dövlətə çevrilmişdir. Xalqın sağlam gələcəyini düşünən cənab prezident “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşa olunmasına start vermiş və təməlqoyma mərasimində şəxsən iştirak etmişdir. Stansiyaların enerji istehsalı gücünün 240 meqavatdan çox olması gözlənilir.
İnşa olunacaq stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti seçilmişdir. Bu isə Səudiyyə Ərəbistanının ölkəmizə göstərdiyi siyasi və iqtisadi dəstəkdən, investisiya marağından, dost münasibətdən xəbər verir. Qeyd etməyi lazım bilirəm ki, Azərbaycanın energetika sahəsində OPEC+ formatında fəal əməkdaşdaşlığı Səudiyyə Ərəbistanı ilə ölkəmizin dostluğunun nəticəsi kimi dəyərləndirilə bilər. Məhz çox hörmətli və xalqın sevimlisi prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı xarici investorlar üçün arzuedilən ölkəyə çevrmişdir. Bunun nəticəsidir ki, Azərbaycana 10 milyard dollar həcmində xarici sərmayə qoyulub və qoulmaqda davam edir. Əziz prezidentimizin yorulmaq bilmədən çalışqanlığı Azərbaycanımızı nəinki reqionda həmçinin dünyada söz sahibinə çevirmişdir.
İnanırıq ki, Azərbaycanın işıqli sabahının, “Qızıl əsri”-nin təməlini bu gün cənab Prezident qoyur. Qarabağın fatehi müzəffər Ali Baş Komandamız İlham Heydər oğlu Əliyevə eşq olsun! ALLAH Azərbaycanımızı qorusun!
Tofiq Mirzəyev
Azərbaycan Texnologiya Universitetinin
Yüngül sənaye mühəndisliyi və
dizayn kafedrasının müdiri