“Qaliblərin dostları çox olur” deyən cənab prezident əslində fikrimcə “Qaliblər müzakirə edilmir” demək istəyirdi. Lakin qabiliyyətli və təcrübəli diplomat kimi bu frazanı diplomatik dillə səsləndirmişdir. Bildirmişdir ki, Azərbaycan öz torpaqlarını ləyaqətlə işğaldan azad etmişdir. Müharibəni biz başlamadıq. Eməni provakasiyası və daha çox ərazi tutmaq iddiasına cavab olaraq antiteror əməliyyatı keçirilmişdir. 44 günlük müharibədə ordumuz dinc əhali yaşayan ərazilərə bir güllə belə atılmamışdır. Ona görə də Erməni tərəfindən dinc əhali arasında itki çox az olmuşdu. Lakin Erməni tərəfi Azərbaycanın müharibə zonasından uzaq olan dinc əhalini top mərmiləri, müxtəlif tip raketlər və s. ilə atəşə tutmuşlar. Çox sayda ölənlər və yaralananlar olmuşdur. Gəncə, Migəçevir, Bərdə, Xızi raket atəşinə tutulmuşdu. Tərtər ən çox atəş altında olmuşdu. Belə ki, qısa dövrdə Tərtərə 16 mindən çox mərmi atılmışdır. Evlər, yollar, məktəblər və infrastruktur obyektləri dağıdılmışdır. Bu insanlığa sığmayan hərəkətlər idi. Azərbaycan tərəfi ləyaqət göstərərək, Erməni tərəfin dinc əhalisinə cavab olaraq atəş açmadı. Əslində bu beynəlxaq humanitar normalara hörmətlə yanaşma, insani münasibət göstəricisi idi. Prezident İlham Əliyevin ləyaqətli, dünyada qoyulan mövcud qaydalar çərçivəsində müharibə etmək - öz torpaqlarını azad etmək bacarığı idi.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsabədə toxunulan diğər məsələlər barədə tam dolğun, düzgün və xronoloji ardıcıllıqla cavabları bir vətəndaş olaraq məni qane etdi. İnsanlar evdə, işdə, küçələrdə bu barədə qürur hissi ilə danışırlar. Cənab Prezidentin diplamat qabiliyyətinə heyranlıqlarını bildirirlər. Yaşasın müzəffər Ali Baş Komandan, humanist, xalqını və dövlətini ürəkdən sevən cənab Prezident İlham Əliyev! Uca ALLAH Azərbaycanımızı qorusun!
Tofiq Mirzəyev
Azərbaycan Texnologiya Universitetinin
Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri