Gəncə şəhərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında keyfiyyət təminatına dair görüş keçirilib. UTECA-da baş tutan görüşdə universitetin rektoru, professor Akif Süleymanov və TKTA-nın idarə heyətinin üzvü Emil Xəlilov, Keyfiyyət təminatı departmentinin direktoru İlham Hümbətov və Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov iştirak edib.Təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı müzakirələr aparılıb.Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 493 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin akkreditasiya qaydaları" barədə məlumat sessiyası baş tutub. Sessiyada UTECA-nın struktur bölmələrinin rəhbərləri və professor-müəllim heyəti iştirak ediblər.Tədbirin sonunda təhsildə keyfiyyət təminatına dair verilən suallar cavablandırılıb.