Azərbaycan Texnologiya Universitetində (UTECA)5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbir zamanı universitetin rektoru, professor Akif Süleymanov əlamətdar gün münasibətilə pedaqoji heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, müəllim şərəfli, eyni zamanda olduqca məsuliyyətli peşədir və bu işdə ali məktəb müəllimlərinin çiyinlərinə xüsusi məsuliyyət düşür. Professor-müəllim heyəti, yerli və xarici tələbələrin çıxışlarında qeyd olunub ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Tədbirdə tələblərin Müəllimlər Günü ilə bağlı hazırladıqları videoçarxlar maraqla izlənilib.