1923-cü ilin may ayının 10-da Naxçıvanda anadan olan Heydər Əliyev 1944-cü ildən etibarən dövlət təhlükəsizlik sistemində çalışmış və 1964-cü ildən Azərbaycan SSR Nazirlər soveti yanında Dövlət Təhlükəsizliyi komitəsi sədrinin müavini, 1967-ci ildən etibarən isə sədri vəzifəsində işləyib. 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilir və Azərbaycana rəhbərlik etməyə başlayır. İlk gündən etibarən Heydər Əliyev ölkədə geniş miqyaslı reformalara başladı. Belə ki, ölkədə geniş miqyaslı quruculuq işlərinə start verildi, yeni-yeni fabrik və zavodların tikintisi həyata keçirildi. Heydər Əliyevin ölkə daxilində cəsarətli və məhsuldar quruculuq işlərini görən SSRİ rəhbərliyi 1982-ci ilin dekabrında, onu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Büro üzvü seçdi və Nazirlər soveti sədrinin birinci müavini təyin etdi. 1987-ci ilin oktyabr ayında SSRİ rəhbərliyinin yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq Heydər Əliyev tutduğu vəzifədən istefa verib. 1990-cı ilin yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrə etiraz əlaməti olaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçılarının cəzalandırılmasını cəsarətlə tələb etmişdi. Ulu öndər 1990-cı ilin iyul ayında Azərbaycana qayıdır, 1991-1993-cü illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini təyin edilir. 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilir. 1993-cü ilin oktyabr ayının 3-də ümumxalq səsverməsi nəticəsində Ulu öndər Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyət kimi xalqımızın yaddaşında qalmış və heç zaman unudulmayacaqdır. Milli liderliklə, siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır.Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Xalqımızın tarixi taleyində, mənəvi siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Ulu öndərimiz dünyanın nadir, seçilən siyasət adamlarından biri idi. O, dünya siyasətinə təsir edə bilən lider idi. Bu dahi insan silinməz tarixi yazan nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Belə ki, kiçik bir ölkə Ulu öndərin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməli, hansı addımı nə vaxt atmalı olduğunu zərgər dəqiqliyi ilə bacarırdı. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Bu gün ölkəmiz Ulu öndərin uğurlu siyasətini hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu öndərimizin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Ulu öndər 2003-cü il dekabr ayının 12-də ağır xəstəlikdən dünyasını dəyişib. Məhz həmin gündən dekabr ayının 12-si xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anım günüdür. ALLAH RƏHMƏT ELƏSİN!
Radə Əsgərova
Azərbaycan Texnologiya Universitetinin doktorantı