Azərbaycan Texnologiya Universitetində I kurs tələbələri üçün Gəncə Gənclər Evinin təqdimatı keçirilib.Tələbələri mərkəzin fəaliyyət istiqamətləri - dil kursları, klublar, debatlar, idman yarışları, tətbiqi incəsənət növləri, yerli və beynəlxalq layihələr barədə Gənclər evinin əməkdaşları məlumatlandırıblar. Bildiriblər ki, hər bir tələbə Gənclər Evinin nümayəndəsi ola bilər və məqsəd tələbənin, eləcə də hər bir gəncin asudə vaxtını səmərəli keçirməsinə dəstək olmaq, fəalları üzə çıxarmaqdır. Görüş maraqlı diskusiya ilə davamedib. Təkliflər dinlənildikdən sonra tələbələr könüllülük üçün müraciət ediblər.