Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır.  Naxçıvan müqaviləsi – 3 oktyabr 2009-cu il tarixində IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran müqavilədir. Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları İstanbulun Demokratiya və Azadlıqlar Adasına 12 noyabr 2021 tarixində  toplaşmışlar və burada növbəti möhtəşəm görüş baş tutmuşdur. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə  Prezident İlham Əliyevin cıxışındakı sitatlara müraciət edirəm. Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə  Prezident İlham Əliyevin bu fikirinə görə öz təşəkkürümü bildirirəm və həqiqətən Azərbaycan xalqı bir millət olaraq öz prezidenti və höküməti ətrafinda sıx birləşdiyini 44 günlük Qarabağ müharibəsində sübüt etmişdir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir. Bu yazılan sitatlardan görünür ki, Türk Dövlətləri Təşkilatının yaradılması olduqca çox əhəmiyyətlidir. Türk Dövlətləri Təşkilatının günü-gündən fəaliyyətinin genişlənməsi və eyni zamanda siyahısının artması bu dövlətlərə yeni uğurlar və qələbələr gətirir. Azərbaycan xalqının bir türk dilli millət olaraq 44 günlük Qarabağ müharibəsindəki qələbəsi bütün türk dünyasının qələbəsi  kimi də sayılır.

 

Ayidə Məmmədova

Azərbaycan Texnologiya Universitetinin

Avtomatika və informasiya texnologiyaları kafedrasının baş müəllimi