Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatı fəalları Gəncədə ağacəkmə aksiyasında iştirak edib. Dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə keçirilən yaşıllaşdırma marafonunda Nizami Gəncəvi Mərqbərəsi ətrafında simvolik olaraq 880 şam ağacı əkilib. Qeyd edək ki, tədbir “Nizami Gəncəvi ili” çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Kapital Bankın birgə təşkilatçılığı ilə keçirilib.