İlk dərs günü qeyd edilib Azərbaycan Texnologiya Universitetində ilk dərs günü münasibətilə tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Başçısının müavini Adil Tağıyev, I, III kurs tələbələri və valideynlər iştirak edib. Universitetin rektoru, professor Akif Süleymanov yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edib, dərslərində müvəffəqiyyətlər arzulayıb. Gəncə Şəhər İcra Başçısının müavini Adil Tağıyev qeyd edib ki, bu gün respublika üzrə 189 minə yaxın tələbə il yarımlıq fasilədən sonra ənənəvi qaydada dərslərə başlayır. Bildirib ki, ənənəvi dərslərin davamlı olması üçün COVİD19 - un hələ də hökm sürdüyü bir vaxtda pandemiya tələblərinə əməl edilməsi vacib məsələdir. Tədris işləri üzrə prorektor Vüqar İsmayılov da tələbələrə öz tövsiyyələrini verib. Artıq qalib bir ölkənin tələbələri olduqlarını xatırladaraq öz üzərlərində daha əzmlə çalışmalı olduqlarını bildirib. Valideyn və tələbə çıxışlarından sonra hər fakültə üzrə ən yüksək balla qəbul olan I kurs tələbələrinə mükafat və tələbə bileti təqdim edilib.