Azərbaycan Texnologiya Universitetinin Avtomatika, Telekommunikasiya və İnformatika fakültəsində 27 Sentyabr –Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən müharibəsində iştirak etmiş tələbələr, şəhid ailələri və müəllimlər iştirak edib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid anası Aybəniz müəllimə oğlunu qürur hissi ilə  yad edərək Vətən uğrunda canından keçən bütün şəhidlərə rəhmət diləyib. 44 günlük Vətən müharibəsi iştirakçıları Röyal Məmmədov, Gündüz Səmədov  öz xatirələrini bölüşərək hər zaman Vətənin vur çağırışına müsəlləh əsgər olmağa hazır olduqlarını bildiriblər. Tədbirdə Şəhid tələbəmiz Nurlan Həsənovun yaxınları da iştirak edib. Onlar çıxışlarında Azərbaycan Ordusunun şücaətindən danışıb, qazilərimizlə və şəhidlərimizlə qürur duyduqlarını bildiriblər.