"Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC Erasmus+ layihəsi çərçivəsində növbəti seminar keçirilib…. 22-24 sentyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC” layihəsi çərçivəsində növbəti 3 günlük onlayn seminar keçirilib. Təlimin moderatorları Potsdam Universitetinin, San Karlos Universitetinin təhsildə keyfiyyət üzrə mütəxəssisləri idi. Təlimdə ERASMUS+EQAC layihəsinin yerli tərəfdaşları, o cümlədən tərəfdaş olmayan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri iştirak ediblər. Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən seminarında layihə işçi qrupunun üzvləri Vüqar İsmayılov və İlahə Qurbanova universiteti təmsil ediblər.. İnteraktiv və onlayn şəkildə keçirilən seminarda ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin mövcud vəziyyəti, keyfiyyət mədəniyyəti, keyfiyyət siyasətinə uyğun həyata keçirilən və gələcəkdə nəzərdə tutulan fəaliyyətlər, monitorinq və qiymətləndirmə sistemi iştirakçılar tərəfindən geniş müzakirə edilib, beynəlxalaq təlimçilər tərəfindən müvafiq tövsiyyələr bildirilməklə, məhsuldar fikir və təcrübə mübadiləsi aparılıb.