“Güvenilir Ürün Platformu” tərəfindən təşkil olunan və indiyədək 7 min insanın iştirak etdiyi “Güvenli 2023 İstanbul” lahiyəsi Texnologiya Universiteti ilə yeni bir başlanğıca start verir. Lahiyə çərçivəsində qida ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı məhsul satışı və istehsalı ilə məşğul olan müəssisələrə də ödənişsiz təlimlər veriləcək. Ümumi gigiyena qaydalarına riayət olunmasından ərazilərin və iş sektorlarının izlənməsinə, qanunvericiliyin tələblərinə uyğun gündəlik iş planlamasının aparılmasımdan pandemiya dövründəki metodiki göstərişlərə qədər bir çox fərqli mövzuları iştirakçılara təqdim edən lahiyədə Türkiyənin professor və qida mühəndisləri ilə yanaşı Azərbaycan Texnologiya Universitetinin müəllimi, qida mühənisi Könül Qədimova da "Qida təhlükəsizliyi qanunları və Standartları" haqqında təlimlər verəcək. Qeydiyyat zamanı müvafiq təlimlərə aid butonu işarələyənlərə dərs linkləri göndəriləcəkdir. Layihə 23 iyun - 4 iyul tarixlərini əhatə edir. Qeydiyyat linki 21 iyuna qədər aktivdir: https://www.guvenilirurunplatformu.com/ Sertifikat almaq üçün✓ Özünüzə uyğun günü seçməli;✓ Bu kateqoriyaya aid 4 dərsdə iştirak etməli;✓ Onlayn sınağa girərək lazımı qədər bal toplamalısınız. Təlimlər aşağıdakı 4 modul başlığı ilə həyata keçiriləcək:1. PER1-İstehsal, hazır qida, pərakəndə istehsal, istehlakçı təhlükəsizliyi ilə TSE Covid-19 standartları2. HZ1-İstehsal zəncirində qida təhlükəsizliyi və izlənəbilənlik3. MV1-Məhsullarda standartlar və qanunvericilik4. TK1-Pandemiya dövründə markalanma və əlaqə4 dərsdə iştirak edən hər şəxsə onlayn sınaq linki mail ilə göndəriləcək. 20 sualdan ibarət sınaqdan 13 və daha artıq bal toplayanlar sertifikat əldə edə biləcəklər. Təlimlər Zoom proqramı üzərindən həyata keçiriləcək.