Erasmus Mübadilə proqramına qatılan tələbələrimizlə görüş keçirilib. UTECA-nın tədris işləri üzrə prorektoru Vüqar İsmayılov və dekanlar mübadilə proqramı çərçivəsində xarici ölkələrə yollanacaq tələbələrə məsləhət və tövsiyyələrini veriblər. Tələbələrə uğur və müvəfəqiyyətlər arzulayaraq xaricdə təhsilin Vətənə faydalı kadr kimi yetişməkdə vacib rol oynadığını vurğulayıblar. Qeyd edək ki, UTECA Erasmus mübadilə proqramı çərçivəsində Avropanın Slovakiya, Polşa, İspaniya, Almaniya, Rumınya və s. kimi ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif fakültələr üzrə 7 tələbə və 5 müəllim heyəti mübadiləyə cəlb olunub və uğurlu nəticələr əldə edilib. 2021-2022-ci tədris ilinin payız semestrində isə daha 7 UTECA tələbəsi Avropanın müxtəlif ölkələrində bir semestrlik ingilis dilində təhsil almaq hüququ əldə edib. Polşa, Almaniya və İspaniyada təhsil alacaq həmin tələbələrin bütün xərcləri proqram tərəfindən qarşılanır.