Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planı çərçivəsində əcnəbilərin cəlbinin təşviqi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əcnəbi vətəndaşlar arasında yerli ali təhsil müəssisələrinə (ATM) maraq yaratmaq və artıq maraqlı olan namizədlərin qəbulla bağlı yaranmış suallarını cavablandırmaq məqsədilə UTECA-nın müvafiq sahə üzrə əməkdaşı və əcnəbi tələbələrindən mövzuya dair video müsahibələr götürülüb. Elm və xarici əlaqələr mərkəzinin əcnəbi tələbələrin hazırlığı üzrə mütəxəssisi İlahə Qurbanova, turizm işinin təşkili ixtisası üzrə təhsil alan banqladeşli tələbələr Şaşvata Roy və Rahul Hasan, Rusiya vətəndaşı Aydın İbrahimov Təhsil Nazirliyinin nümayəndəsinin müvafiq suallarını cavablandırıblar. İngilis və rus dilində götürülmüş müsahibələr “Study in Azerbaijan” portalının sosial media hesablarında paylaşılacaq və müvafiq Feysbuk səhifəsi üzərindən reklam olunacaq.