UTECA komandası Gəncədə keçirilən mini-futbol turnirində qalib olub. Yarışda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Tibb Kolleci və Gəncə Dövlət Regional Kolleci tələbələri öz qüvvələrini sınayıblar. UTECA komandası ilk oyunda GDU tələbələrini 6:2 hesabı ilə məğlub edib. Komandamız final oyununda isə ADAU-nu yenən kollec tələbələri ilə üz-üzə gəlib. Məşqçi Fariz Əliyevin rəhbərliyi altında həlledici qarşılaşmada da inamlı təsir bağışlayan gələcəyin texnoloqları bu dəfə də böyük hesabla qalib gəliblər 5:1.Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunub. Qeyd edək ki, mini futbol çempionatı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən şahmat turniri və stolüstü tennis idmanı üzrə yarışdan sonra keçirilib.