UTECA Kabardin Balqar Dövlət Aqrar Universitetinin beynəlxalq konfransında Qlobal transformasiya şəraitində sosial-iqtisadi sistemlər: inkişaf problemləri və perspektivlər Azərbaycan Texnologiya Universiteti Kabardin Balqar Dövlət Aqrar Universitetinin təşkil etdiyi “Qlobal transformasiya şəraitində sosial-iqtisadi sistemlər: inkişaf problemləri və perspektivlər” adlı beynəlxalq elmi-ptaktik konfransda iştirak edib. Bir çox ölkələrin ali təhsil ocaqlarının və nüfuzlu elm adamlarının qatıldığı konfransda UTECA-nı tədris işləri üzrə prorektor Vüqar İsmayılov və professor-müəllim heyəti təmsil edib. Vüqar İsmayılov çıxışında son illər UTECA ilə Kabardin Balqar Dövlət Aqrar Universiteti arasındakı elmi əməkdaşlıqdan, konfransın mövzusunun aktuallığından danışıb. Prorektor nitqində 44 günlük Vətən müharibəsində Azərbaycanın keçdiyi Zəfər yolu, işqaldan azad edilmiş torpaqlarımızda gedən bərpa işlərindən danışıb, dünyada hökm sürən pandemiya şəraitində UTECA-da, eləcə də Azərbaycanda təhsilin mövcud vəziyyəti kimi məsələlərə toxunub.