Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 8 saylı iclası keçirilib. Əvvəlcə Elmi Şura üzvləri və iştirakçılar UTECA-nın professoru Şəmsəddinin Mütəllimovu 80 illiyi, elmlər doktoru Emin Namazovu 85 illik yubileyi, texnika üzrə fəlsəfə doktoru, dosent Tofiq Mirzəyevi isə 63 illiyi münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar. Daha sonra iclasın gündəliyində duran məsələlər elan edilib. İqtisadiyyat və idarəetmə fakültəsində tədris, elmi-tədqiqat işlərinin və nizam-intizamın vəziyyəti barədə müvafiq fakülətin yoxlanması komissiyasının sədri Hacıyev Rövşən məlumat verib. Monitorinqin nəticələri dinlənildikdən sonra sözügedən fakültənin elmi-tədqiqat işləri və nizam-intizama dair mövcud vəziyyəti müzakirə edilib, tövsiyələr verilib. Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti barədə çıxış edib. Doktorantura və Magistratura şöbəsinin müdiri Sadiq Əfəndiyev doktorantların illik hesabatını məruzə edib. Elmi Şura üzvləri tərəfindən doktorant Aytəkin Bağırovanın mövzu və rəhbəri təsdiqlənib.