Azərbaycanın ali təhsil müəssisələrinə əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili hazırda prioritet istiqamətlərdən biridir və bu istiqamətdə irəliləyişlərə nail olunması üçün çoxşaxəli işlər görülməkdədir. Bu məqsədlə Təhsil Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Rusiya, Ukrayna və Gürcüstanda yaşayan soydaşlarımız üçün Azərbaycanda təhsil imkanlarına dair “Vətəndə təhsil” adlı vebinar keçirilib. Vebinarda ATM təbliği üçün təqdimatla çıxış imkanı yaradılan 6 təhsil müəssisəsindən biri də Azərbaycan Texnologiya Univetsiteti olub. UTECA görüşdə Elm və xarici əlaqələr mərkəzinin əməkdaşları tərəfindən təmsil edilib, universitetə əcnəbilərin qəbul şərtləri, qəbul prosesi, viza, miqrasiya məsələlərinə dəstək, Dil Hazırlıq Qrupu və əcnəbilər üçün yaradılmış şərait, pandemiya dövründə əcnəbilər üçün edilmiş güzəştlər,onların universitetin yataqxanasında ödənişsiz yerləşdirilmələri barədə məlumatlar verilib. Daha sonra isə vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.