“Şərq Tərəfdaşlığı ölkələrində KOB-ların rəqəmsallaşmasının təşviqi” mövzusunda təşkil olunmuş vebinarda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Agentlik müxtəlif dəstək mexanizmləri, bilik və məlumatlılıq səviyyəsinin yüksəldilməsi və elektron infrastrukturun genişləndirilməsi vasitəsilə KOB-ların rəqəmsallaşdırılmasını təşviq edir. "KOB-ların rəqəmsallaşma üzrə bilik və bacarıqlarının artırılması istiqamətində KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilən təlim və məsləhət xidmətlərinin davamı olaraq onlayn təlim platforması yaradılmaqdadır. Həmçinin, KOB-ların məhsul və xidmətlərini tanıtmaq və onlayn satışına dəstək olmaq məqsədilə onlayn satış platforması hazırlanır”.