Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Gəncənin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi ilə bağlı şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil edilən "Gənc qızların Bahar -2019 kuboku" layihəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Gəncəşəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Millət Vəkili Pərvin Kərimzadə və Gəncə şəhər Gənclər vəİdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov da iştirak ediblər. Qeyd edək ki, yarışda Azərbaycan Texnologiya Universitetinin badminton və dama üzrə komandaları bütün rəqiblərinə qalib gələrək kuboka sahib olublar.