Dünya İqtisadi Forumunun bəyan etdiyi siyahıya əsasən (Top 10 skills of 2025) növbəti beş ildə insan davranış mədəniyyətində hansı kompetensiyalara yiyələnməlidir? Yaradıcı təfəkkürə malik olan şəxs hər bir məsələnin həlli yollarını digərlərindən fərqli, orijinal şəkildə görür və gizli cəhətləri aşkar edir. Təşəbbüskar olmaqla o, aşkar edilmiş imkanlara uyğun sərbəst hərəkət edir. Yaradıcı insan fəaliyyətin sonunda detalları ilə işlənmiş ilkin və təkrarsız yeni məhsul yaradır, əldə olunan nəticələri dəyərləndirir və əlaqələndirir, interaktiv təcrübə qurur və qeyri-adi cavabları aşkar etmək üçün anlayışlar ortaya çıxarır.