Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Gəncə ali təhsil müəssisələri tələbələri arasında keçirilən Spartakiadanın bağlanış mərasimi baş tutub. Fevral ayından start götürən və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan Spartakiada müxtəlif idman növlərini əhatə edib. Gənclər evində baş tutan yekun tədbirində yarışda iştirak edən müəllim və tələbələr mükafatlandırılıblar. Mükafatçılar sırasında Azərbaycan Texnologiya Universitetinin komandaları da var. Uğur qazanan tələbələrimizlə yanaşı məşqçilər Fariz Əliyev və Məhəbbət Kərimova da diplomla təltif olunublar.