ÜST-ün baş qərargahında Azərbaycan Prezidentinin videomüraciəti təqdim olunub Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökümət başçısının videomüraciəti yayımlanıb. Azərbaycan Prezidentinin videomüraciətinin təqdim olunması beynəlxalq aləmdə ölkəmizə verilən böyük önəmin daha bir göstəricisidir.