Demokratik ənənələrin inkişafı  Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, demokratik qurumlarında və vətəndaşlarının həyatında sürətli dəyişikliklər yaşanır. Adətən bu dəyişiklik ölkədə İnsan İnkişafı İndeksinin müəyyən bir həddi keçməsindən sonra baş verir. Azərbaycanda da İnsan İnkişafı İndeksinin səviyyəsinin əvvəlcə demokratiyanı, daha sonra isə vətəndaşların daha yüksək azadlığını təmin etdiyini görürük. Nəticədə inkişaf edən demokratik ənənələr vətəndaş azadlığının sahiblərinin artan təhsil səviyyələrinin və həyat standartlarının yüksək ekzistensial təhlükəsizliyini təmin edir. Yuxarıda qeyd olunanlar Azərbaycandakı sosial-iqtisadi inkişaf və siyasi demokratikləşmə arasındakı müsbət əlaqənin empirik təqdimatıdır.   Məlumdur ki, millətin sosial-iqtisadi inkişafı üçün alternativ variantın nəzəri əsası İnsan İnkişafı İndeksidir. İnsan İnkişafı İndeksi isə təhsil, zənginlik və ömür uzunluğunun birləşmiş ölçüsüdür. Məhz bu səbəbdən də dünya siyasətinin aparıcı liderlərindən biri olan hörmətli Prezidentimiz cənab İlham Əliyevin bütün fəaliyyətinin özəyində daim insan kapitalının inkişafı durur. İnsan kapitalının inkişafı isə sosial-iqtisadi və demokratik ənənələrin inkişafı cəminin təzahürüdür. Digər tərəfdən insan kapitalının inkişafını təmin edən əsas faktor təhsildir. Təhsil isə çox vaxt sosial-iqtisadi inkişaf və demokratiya arasındakı müsbət əlaqədə vasitəçi kimi təsbit edilir. Ona görə də Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və cənab İlham Əliyevin davamçılığı ilə olan bütün dövrlərdə təhsil demokratik ənənələrin inkişafına zəmanət verir. Demokratik ənənələrin inkişafına zəmanət verən,  təhsillə yetişən insan kapitalı isə vətəndaş cəmiyyətini formalaşdırır.  Yetkin bir özünüdərk hissi sayəsində müxtəlif təbəqələri və vətəndaş kateqoriyalarını təmsil edən ictimai birliklərin ictimai-siyasi və iqtisadi proseslərin tənzimlənməsindəki fəal rolu vətəndaş cəmiyyətini xarakterizə edən əsas amillərdən biridir. Bu dövlətin və kütlələrin inkişafında daha yüksək bir mərhələdir. Demokratik ənənənin ayrılmaz tərkib hissələrindən biri vətəndaş cəmiyyətinin formalaşması prosesi, söz və vicdan azadlığının təmin edilməsidir. Azərbaycan Respublikasının Konstitusiyası düşüncə, söz və vicdan azadlığını geniş miqyasda təmin edir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından biri sayılan söz və mətbuat azadlığının əsas optimal  hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.  Kütləvi informasiya vasitələri dövlət siyasətinin mahiyyətində, xalqın maarifləndirilməsində, vətəndaş cəmiyyətinin qurulmasında demokratiya­nın, aşkarlığın və ədalətin təntənəsinə xidmət edən ümumbəşəri ideyaların təbliğində güclü bir vasitəyə çevrilib. Azərbaycanın müstəqilliyini bərpa etməsi suveren bir ölkənin beynəlxalq aləmə inteqrasiyası, qlobal hadisələrlə əlaqələrin ifadə olunması üçün həqiqi hüquqi zəmin yaratdı. Planetimizdə baş verən müsbət dəyişiliklər də öndə olmaqla, beynəlxalq təşkilatlardakı təmsilçiliklə, bu təşkilatlar tərəfindən təşkil edilən yüksək səviyyəli tədbirlərdə, idman daxil olmaqla bütün sahələrdə iştirakla Azərbaycan beynəlxalq arenaya çıxmaq imkanı qazanıb. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda ölkəmizin bayrağı ilə təmsil olunaraq uğurlar qazanırlar. Hər hansı bir ölkənin kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı əsasən idman ənənələri, idman üçün şərait və imkanlar, idman mütəxəssislərinin təhsili, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, idmanın təbliği və onlara sahib olmaq kimi amillərdən asılıdır. Bu amillər arasında dövlətin idmana münasibəti xüsusi yer tutur. Çünki bu münasibət özü yuxarıda göstərilən məsələlərin müəyyən bir hissəsinin həllinə birbaşa təsir göstərir. İdmanın inkişafında, fiziki və mənəvi cəhətdən sağlam bir nəslin yetişdirilməsində, milli-vətənpərvərlik hisslərinin gücləndirilmə­sin­də, respublikamızın beynəlxalq miqyasda daha çox tanınmasında və nüfuzunun yüksəlməsində, bədən tərbiyəsi və Olimpiya Hərəkatında, böyük nailiyyətlərin əldə olunmasında dövlətimizin rolu əvəzolunmazdır. Son illərdə gənclər siyasət üzrə dövlət səviyyəsində misilsiz işlər görüblər.  Ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, müxtəlif yönümlü siyasi partiyaların sərbəst fəaliyyəti, senzuranın ləğvi, yüzlərlə yazılı medianın nəşri, özəl radio və televiziya kanallarının yayımı, məhdudiyyətsiz və sürətli internet siyasi plüralizmin, azad düşüncənin, ən nəhayət demokratik ənənələrin inkişafının bariz sübutudur. 

 

Elmi-tədqiqat şöbəsinin

müdiri Qalibə Məmmədova